Milli Müdafiə Universitetində buraxılış mərasimi keçirilib

Milli Müdafiə Universitetində buraxılış mərasimi keçirilib

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə xalqın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində çıxış edən Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər Piriyev kursu müvəffəqiyyətlə bitirən iştirakçıları müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonra kursu bitirən məzunlara diplom və döş nişanları təqdim olunub.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş