Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Müdafiə Nazirliyinin bir qrup yüksək rütbəli zabit heyəti və hərbi qulluqçular şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində qəhrəmanın anım tədbiri keçirilib.

Əvvəlcə xalqın ümummilli lideri Heydər Əliyevin və Vətənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət himni səsləndirilib. Milli Qəhrəman Mübariz İbrahimovun şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarx təqdim olunub.

Anım tədbirində çıxış edənlər Milli Qəhrəmanın göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıb, Mübariz İbrahimovun vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğunu qeyd ediblər.

Bildirilib ki, şəhid hərbi qulluqçu qısa ömür yaşasa da, Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atıb.

Qeyd olunub ki, Mübariz İbrahimovun göstərdiyi rəşadət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

1 4 2 4 3 4 4 3 5 3 7 2 8 2

Poliqon.az

CATEGORIES
TAGS