“Miloş” zirehli avtomobili dövlət sınaqlarını tamamlayıb – FOTO/VİDEO

“Miloş” zirehli avtomobili dövlət sınaqlarını tamamlayıb – FOTO/VİDEO

Serbiya silahlı qüvvələri tərəfindən “Miloş” zirehli avtomobilinin dövlət sınaqları keçirilib.

Bu barədə Azeri Defence saytı Serbiyanın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Sınaqlardan müvəffəqiyyətlə keçən “Miloş” zirehli maşınlarının Serbiya Ordusunun əməliyyat qabiliyyətini əhəmiyyətli dərəcədə artıracağı bildirilib.

MRAP sinifli BOV M16 “Miloş” zirehli avtomobili Serbiyanın “Yugoimport SDPR” şirkətinin “Borbeni Slojeni Sistem” müəssisəsində yaradılıb.

Maşın 4×4 təkər formulu üzərindədir. Konfiqurasiyasından asılı olaraq, maşının çəkisi 12-14 ton arasında dəyişə bilir. “Miloş”un uzunluğu 5,48 metr, eni 2,48 metr, hündürlüyü isə 2,3 metrdir. Maşın heyətindən başqa 8 nəfəri daşıya bilir.

“Miloş”un korpusu V dizaynına əsaslanır, mina əleyhinə zireh qatı ilə gücləndirilib. “Miloş” 300 at gücünə malik “Cummins ISB 300” dizel mühərriki ilə çalışır. “Allison 3500SP” transmissiyasına sahib olan maşının sürəti şossedə 110 km/saatdır. Maşın 12,7 mm çaplı M15 döyüş modulu ilə silahlandırılıb.

CATEGORIES
TAGS