“Milrem Robotics” İtaliya Ordusu üçün döyüş robotlarının yaradılmasına kömək edəcək
Estoniyanın yerüstü pilotsuz döyüş robotları istehsalçısı olan “Milrem Robotics” şirkəti İtaliya Ordusunun robot texnikası proqramının inkişafına dəstək vermək üçün müqavilə imzalayıb.
Bu barədə “Poliqon” “Milrem Robotics” şirkətinin mətbuat xidmətinə istinadən məlumat verib.
“Milrem Robotics” şirkəti İtaliya Ordusunu robototexnika və avtonom sistemlərin texnologiyaları, sistemləri və arxitekturalarının şəhər mühitində işləyərkən əməliyyat və yer əsaslı üstünlükləri necə yarada biləcəyinə dair aydın bir yol xəritəsi hazırlamaqda dəstəkləyəcək. Bununla əlaqədar olaraq, NATO Dəstək və Təchizat Agentliyi (NATO Support and Procurement Agency – NSPA) İtaliya Ordusu üçün qabaqcıl yerüstü pilotsuz döyüş robotlarından istifadə konsepsiyası çərçivəsində inkişaf və sınaq xidmətləri göstərmək üçün “Milrem Robotics” şirkəti ilə müqavilə imzalayıb.
İtalya proqramının ambisiya səviyyəsi gələcək əməliyyat faydalarını nümayiş etdirmək, robot texnikası və avtonom sistemlərin əməliyyat imkanlarını inkişaf etdirmək üçün qısa və orta müddətli (5-15 il) transformasiya təşəbbüslərini müəyyən etməkdən ötrü prototipləşdirmə bacarıqları və texnoloji imkanlardan istifadə etməkdir.
“Milrem Robotics” şirkəti ilə əməkdaşlıq sahəsi sahə sınaqları, hərbi təlim və modelləşdirmə və məqsədlərə cavab verəcək innovativ texnologiyalar nəticəsində eksperimental prosesin bütün mərhələlərindən məlumatların toplanması və təhlilidir.
“Milrem Robotics” şirkəti Avropada robototexnika və avtonom sistemlərin aparıcı inkişafetdiricisidir. Şirkət pilotsuz THeMIS və Multiscope yerüstü nəqliyyat vasitələri və Type-X robot döyüş maşını ilə tanınır.
Ötən ilin sentyabrında “Milrem Robotics” şirkəti Kanadanın “Canadian Lumina Technology Partners” (Lumina) şirkəti ilə tərəfdaşlıq elan edib. Müqaviləyə əsasən, “Lumina” Kanadada həm hökumət, həm də kommersiya müştəriləri üçün nəzərdə tutulmuş THeMIS və Multiscope (UGV – Unmanned Ground Vehicle) pilotsuz nəqliyyat vasitələri daxil olmaqla “Milrem Robotics” məhsullarını təşviq edəcək. Bu pilotsuz yerüstü platformalar yanğınsöndürmə, nəqliyyat və logistika, habelə fövqəladə halların aradan qaldırılması və ətraf mühitin monitorinqi daxil olmaqla müxtəlif vəzifələr üçün istifadə edilə bilər.
THeMIS müxtəlif döyüş sistemləri ilə təchiz oluna bilən çoxməqsədli tırtıllı avtomobildir. Robot hərbçilərə təhlükə yaratmadan təhlükəli əraziləri yoxlamağa imkan verən kameralarla təchiz edilib. Yaradıcıların sözlərinə görə, kompleksin sürəti saatda 25 km təşkil edir.
Əhəd Əzizov