Minatəmizləmə Agentliyi işə qəbul elan edib

Azərbaycanın Minatəmizləmə Agentliyi tərəfindən minaaxtaran vəzifəsinə 35 yaşına qədər yığım başlanıb.
Bu barədə “Poliqon”a Minatəmizləmə Agentliyindən məlumat verilib.
İlk mərhələdə lazım olacaq sənədlər:
- Agentliyin blankı doldurulmalı. (CV formasını endir)
- Tərcümeyi hal (əl yazması)
- Şəxsiyyət vəsiqəsinin surəti (A4 vərəqdə alt-üst hər iki üzü)
- Hərbi biletin surəti (Yazılı olan səhifələr)
- Diplomlar, Attestasiya və ya sertifikatlar
- 4 ədəd 3×4 foto
- DİN-Məhkumluq haqqında arayış
Xahiş olunur ki, yuxarıda qeyd olunan sənədləri Agentliyin blankı ilə birgə skan edilmiş variantda [email protected] ünvanına göndərəsiniz.
Əlaqə üçün telefon nömrəsi: (012) 561 95 42
- Həkimlərin işə qəbulu ilə bağlı Elan
İşğaldan azad olunan ərazilərdə təmizləmə əməliyyatlarının miqyasının genişləndiyini nəzərə alaraq, təhlükəsizliyin təmin olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) yenidən formalaşdırılacaq regional idarələrin (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd (Ağoğlan), Ağdam, Şuşa, Tərtər, Kəlbəcər, Laçın) tərkibində fəaliyyət göstərəcək həkimlər aşağıdakı vəzifələr üzrə işə dəvət olunurlar:
– həkim-terapevt
– təcili yardım üzrə həkim
– həkim-anestezioloq-reanimatoloq
– həkim-travmatoloq-ortoped
– həkim-ümumi cərrah
Tələb olunan sənədlər:
1.Ərizə
2.Şəxsiyyət vəsiqəsi
3.Təhsil haqqında diplom
4.İnternatura vəsiqəsi
5.Sertifikasiya şəhadətnaməsi
6.Əmək kitabçası
Əlavə məlumat üçün əlaqə telefonu: (012) 561-95-42




