
ADEX-2026 sərgisində Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi Sənaye Şirkəti” MMC-nin baş direktoru Xanbaba Sultanlı POLİQON Media Qrupunun stendini ziyarət edib.
Ziyarət zamanı Xanbaba Sultanlı POLİQON Media Qrupunun fəaliyyəti, “Poliqon” jurnalının nəşrləri və ADEX-2026 sərgisi üçün Azərbaycan və ingilis dillərində hazırlanmış Xüsusi Buraxılışla tanış olub.
POLİQON Media Qrupunun rəhbəri Zaur Babaşov ilə Xanbaba Sultanlı arasında keçirilən görüşdə ADEX-2026 Xüsusi Buraxılışının hazırlanması, media əməkdaşlığı və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.





