SənayeXəbərlər

MİRAS Özbəkistanda müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən MİRAS Hərbi Sənaye Şirkətinin nümayəndə heyəti Daşkənd şəhərində Özbəkistan Müdafiə Nazirliyi nəzdində Müdafiə Sənayesi Agentliyinə rəsmi səfər edib.

“Poliqon” MİRAS-a istinadən xəbər verir ki, səfər çərçivəsində müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivləri, xüsusilə aviasiya və hərbi texnologiyalar üzrə innovativ layihələr müzakirə olunub.

Nümayəndə heyəti həmçinin Özbəkistan Müdafiə Sənayesi Agentliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrə baş çəkərək istehsal prosesləri və mövcud texnoloji imkanlarla yerində tanış olub.

Bu səfər MİRAS şirkətinin beynəlxalq tərəfdaşlıqların möhkəmləndirilməsi və qlobal müdafiə sənayesində aparıcı müəssisələrlə əməkdaşlıq istiqamətində atdığı ardıcıl addımların göstəricisidir.

639763089 17875153707525227 5988116400489758693 n

Back to top button