
Kuala Lumpur şəhərində keçirilən 19-cu DSA-2026 beynəlxalq müdafiə sərgisinin üçüncü günündə “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC-nin rəhbərliyi Türkiyə, Çin və Malayziyanın aparıcı müdafiə sənayesi istehsalçıları ilə bir sıra işgüzar görüşlər keçirib.
“Poliqon” xəbər verir ki, görüşlər zamanı hərbi texnikanın servis xidməti, təmiri və modernləşdirilməsi sahələrində əməkdaşlıq imkanları və perspektivləri müzakirə olunub.
Eyni zamanda, MİRAS şirkəti ilə Malayziya Kral Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında da görüş baş tutub. Görüş çərçivəsində şirkət tərəfindən aviasiya vasitələrinin təmiri və modernləşdirilməsi üzrə ixtisaslaşmış xidmətlər təqdim edilib.







