
Misir ABŞ-dan F-15 təyyarələri alacaq
ABŞ Misirə yerli “Boeing” şirkətinin istehsalı olan F-15 “Advanced Eagle” döyüş təyyarələri ixrac edəcək.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) komandanı general Frank McKenzie özünün rəsmi sosial media hesabında bildirib.
CENTCOM-un komandanı general MakKenzi uzun sürən danışıqlardan sonra Misirə F-15-lərin tədarük ediləcəyini deyib.
İxrac ediləcək döyüş təyyarələrinin sayı və satış qiyməti barədə məlumat verilməyib.
İki mühərrikli F-15 “Advanced Eagle” döyüş təyyarəsi müxtəlif hava şəraitində əməliyyat keçirmək imkanına malikdir. Təyyarə təxminən 60 saniyə ərzində 9100 metr hündürlüyə qalxa bilir.
F-15 “Advanced Eagle” təyyarələri İsrail, Yaponiya və Səudiyyə Ərəbistanı kimi ölkələrin hərbi aviasiya parkında yer alır.
Rizvan Fikrətoğlu
