Misir Ukraynadan “Vilxa-M” YARS-ları almaq istəyir

Misir Ukraynadan “Vilxa-M” YARS-ları almaq istəyir

Misir Ukraynanın 300 mm çaplı raket sursatı ilə modernləşdirilmiş açıqlanmayan sayda “Olxa-M” (“Vilxa-M”) yaylım atəşli reaktiv sistemləri (YARS) almaq niyyətindədir.

“Poliqon” xəbər verir ki, bu məqsədlə Misir hökuməti “Luç” Kiyev Dövlət Konstruktor Bürosu ilə danışıqlar aparır.

Qeyd edək ki, Ukraynanın milli imkanları hesabına hazırlanan “Vilxa-M” YARS-ın maksimum atəş məsafəsi 100 km-dir. Bu sistemlərin bir neçə variantının hazırlanması planlaşdırılır ki, bu da sistemin atəş məsafəsini artıracaq.

Rizvan Fikrətoğlu 

Poliqon.az

CATEGORIES
TAGS