
Misir əlavə “Rafale” döyüş təyyarələri alır
Misir Hərbi Hava Qüvvələri ilə Fransanın “Dassault Aviation” şirkəti arasında növbəti “Rafale” döyüş təyyarələrinin alınması ilə bağlı müqavilə imzalanıb.
Bu barədə “Poliqon” “Dassault Aviation” şirkətinə istinadən xəbər verib.
Müqaviləyə əsasən, şirkət Misir HHQ-ə 30 ədəd “Rafale” döyüş təyyarəsi tədarük edəcək. Beləliklə alınacaq döyüş təyyarələri ilə birlikdə Misir Ordusunda “Rafale”lərin sayı 54-ə qalxacaq.
Qeyd edək ki, Misir HHQ ilə şirkət arasında 24 ədəd “Rafale” döyüş təyyarəsinin alınmasını nəzərdə tutan ilk müqavilə 2015-ci ildə imzalanıb.
CATEGORIES Xəbərlər