MKE-375 snayper tüfəngi ilk dəfə təqdim olunub

MKE-375 snayper tüfəngi ilk dəfə təqdim olunub

“Makine ve Kimya Endüstrisi” (MKE) şirkətinin baş sponsorluğu ilə 21 ölkədən snayperlərin iştirak etdiyi “BORAN 7 Uluslararası Keskin Nişancı Yarışması” keçirilib.

MKE-dən “Poliqon”a verilən məlumata görə, tədbir çərçivəsində dizaynından istehsalına qədər “Makine ve Kimya Endüstrisi” mühəndislərinin imzasını daşıyan MKE-375 snayper tüfəngi ilk dəfə təqdim edilib.

375 kalibrə, 9.52 mm çapa sahib MKE-375, 10 kiloqram ağırlığa və təxminən 4000 metr effektiv mənzilə malikdir. Xüsusi əməliyyatlarda kritik vəzifələr icra edəcək bu snayper tüfənginin qundağı açıq halda uzunluğu 1380 mm-dir.

Şirkətdən bildirilib ki, MKE-375-in inkişaf etdirilməsi ilə Türkiyə, bu cür xüsusiyyətlərə malik snayper tüfəngi istehsal edə bilən dünyadakı nadir ölkələrdən biri olub.

MKE 375 1

CATEGORIES
TAGS