
“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti minalanmış ərazilərdə keçid açma sistemi olan MKE ALPAY-2-ni ilk dəfə SAHA 2026 sərgisində təqdim edir.
“Poliqon” xəbər verir ki, MKE ALPAY-2 əməliyyat zamanı mina ilə çirklənmiş ərazilərdə mexanikləşdirilmiş bölmələrin və piyada qüvvələrinin hədəf əraziyə təhlükəsiz şəkildə çatmasını təmin etmək məqsədilə MKE mühəndisləri tərəfindən tam yerli və milli imkanlarla hazırlanıb.
100 faiz elektrik mühərrikinə malik olan və zirehli platforma üzərində quraşdırılan sistem, tank əleyhinə və piyada əleyhinə minaların hamısına qarşı effektiv şəkildə fəaliyyət göstərə bilir. Uzaqdan da idarə oluna bilən MKE ALPAY-2 18 ton çəkidədir və generator dəstəyi ilə 750 kilometr əməliyyat məsafəsinə çata bilir. Çətin iqlim şəraitində fəaliyyət göstərə bilən bu vasitə dik yamacları qalxa, xəndəkləri keçərək təyin olunan əraziyə təhlükəsiz şəkildə çata edə bilir.
ALPAY-2 üzərində yerləşən 2 ədəd sursat konteyneri sayəsində çoxsaylı atış imkanına malikdir. Hər bir konteynerdə olan yüksək miqdarda partlayıcı maddə aşkar edilmiş mina sahələrinə raket vasitəsilə atılaraq uzaqdan partladılır və həmin ərazi təhlükələrdən təmizlənir. 3 kilometrədək məsafədən idarə oluna bilən sistem ərazidə 10 metr enində, 100 metr uzunluğunda və yerin 1 metr dərinliyində yerləşən minaları uğurla zərərsizləşdirərək təhlükəsiz dəhliz yaradır. Ərazinin minalardan təmizləndiyi təsdiqləndikdən sonra mexanikləşdirilmiş və piyada bölmələr açılmış dəhlizdən təhlükəsiz şəkildə keçə bilir.
Dünya üzrə ciddi təhlükəyə çevrilmiş mina sahələri üçün etibarlı həll təqdim edən MKE ALPAY-2 yüksək ixrac potensialı ilə də diqqət çəkir.





