
MKE dəniz sahəsindəki imkan və qabiliyyətlərini nümayiş etdirib
“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti Türkiyədə keçirilmiş dəniz platformalarının xidmətə qəbulu, bayraq qaldırma və ilk metal kəsimi mərasimində öz imkan və qabiliyyətlərini nümayiş etdirib.
MKE-dən “Poliqon”a verilən məlumata görə, sözügedən mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Yaşar Gülər, MKE-nin baş direktoru İlhami Keleş, o cümlədən digər rəsmi şəxslər, yüksək rütbəli hərbi qulluqçular və şirkət nümayəndələri iştirak edib.
“Bayraq qaldırma mərasimi icra olunan “TCG Koçhisar” gəmisinin 76 mm-lik əsas topu DENİZHAN, suüstü döyüşün effektiv gücü PİRANA kamikadze insansız dəniz aparatı (KİDA), sualtı döyüşün ağıllı və yüksək texnologiyalı elementi MALAMAN ağıllı dib minası vasitəsilə dənizlərdə milli gücümüzü ortaya qoyduq”, – deyə məlumatda bildirilib.




