
MKE istehsalı raket, mərmi və avadanlıqlar müştərilərə təhvil verilib
Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti müxtəlif say və kalibrlərdə olan məhsulları müştərilərə təhvil verib.
MKE-dən “Poliqon”a verilən məlumata görə, bununla şirkət başda Türkiyə Silahlı Qüvvələri olmaqla, beynəlxalq tərəfdaşlarına yüksək keyfiyyətli və effektiv məhsullar təqdim edərək sektora və ölkəyə töhfə verməyə davam edir.
Son bir həftə ərzində MKE tərəfindən yerli müştərilərə aşağıdakı məhsullar çatdırılıb:
- Quru Qoşunları Komandanlığına: 120 mm-lik minaatan mərmisi, 107 mm-lik YARS üçün raket, 40 mm-lik qumbaraatan sursatı, 25 mm-lik zireh dələn sursat, 5.56 və 7.62 mm-lik patronlar, 155 mm-lik sursatlar üçün partlayıcı barıt, MOD 90 beton dələn artilleriya tapası.
- Hərbi Hava Qüvvələri Komandanlığına: aviasiya bombası.
- Jandarma Baş Komandanlığına: 5.56 mm-lik patron.
- ASELSAN şirkətinə: təlim və məsləhət xidmətləri.
- BMC şirkətinə: “Fırtına” özüyeriyən artilleriya qurğuları üçün avadanlıqlar, ağır silah hissələri və alt komponentləri.
- Əmniyyət Baş İdarəsinə: ehtiyat hissə.
- Mülki bazar və sektor şirkətlərinin tələbinə uyğun olaraq xammal və aralıq məhsullar.











