QuruXəbərlər

MKE istehsalı silah sistemləri ATEŞ SERBEST-2026 təlimində imkanlarını nümayiş etdirir

MKE şirkəti Türkiyə Milli Müdafiə Nazirliyinin koordinasiyası ilə Polatlıda yerləşən General Nahit Şenoğul Atış və Təlim Poliqonunda keçirilən ATEŞ SERBEST-2026 təlimində iştirak edir.

MKE-dən “Poliqon”a verilən məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin arsenalında olan silah və sistemlərin imkanlarının nümayiş etdirildiyi təlimdə şirkət öz istehsalı olan silah sistemləri və müxtəlif platformalar üçün hazırladığı döyüş sursatları ilə təmsil olunur.

Təlim çərçivəsində MKE-nin TOLGA yaxın hava hücumundan müdafiə sistemi, MK seriyalı aviasiya bombaları, 155 mm-lik FIRTINA və 105 mm-lik BORAN haubitsalarından istifadə edilir. Həmçinin MPT-55 və MPT-76 avtomatlarından, KNT-76, BORA-12 və KN-12 snayper tüfənglərindən atışlar həyata keçirilir.

Silah sistemləri ilə yanaşı, onlar üçün zəruri olan döyüş sursatlarını da istehsal edən MKE müxtəlif kalibrlərdəki sursatları ilə Türkiyə Silahlı Qüvvələrinin atış fəaliyyətlərində iştirak edir.

ATEŞ SERBEST-2026 çərçivəsində MKE-nin hazırladığı yeni nəsil sistemlər də sərgi zonasında nümayiş etdirilir. Bunlara ALPAY-2 minalanmış ərazilərdə insansız keçid açma sistemi, DAĞHAN tırtıllı hibrid zirehli maşını, KÖSTEBEK mikrodalğalı yeraltı partlayıcı aşkarlanma və görüntülənmə sistemi, DENİZHAN milli dəniz topu, BALKIN Çaf-S əks-tədbir sursatı və MPT-76 MH avtomatı daxildir.

Back to top button