
Türkiyənin MKE şirkəti NATO-nun 36-cı Zirvə toplantısı çərçivəsində quru, dəniz və hava platformaları üçün hazırladığı yüksək texnologiyalı məhsul və sistemlərini beynəlxalq iştirakçılara təqdim edəcək.
MKE-dən “Poliqon”a verilən məlumata görə, iyulun 7-də axşam saatlarında Türkiyə Müdafiə Sənayesi Komitəsinin ev sahibliyi ilə TUSAŞ müəssisələrində təşkil ediləcək proqramda MKE mühəndisləri tərəfindən hazırlanmış və bir çoxu Türkiyə Silahlı Qüvvələrinin silahlanmasında yer alan məhsullar NATO nümayəndə heyətlərinə və yüksək səviyyəli diplomatik missiyalara nümayiş olunacaq.
Proqram çərçivəsində MKE istehsal gücü və texnoloji infrastrukturu ilə NATO-ya üzv ölkələrin müdafiə ehtiyaclarına yönəlmiş əməkdaşlıq və ixrac potensialını sərgiləyəcək.
Proqram çərçivəsində nümayiş etdiriləcək MKE məhsulları:
- MKE TOLGA yaxın hava hücumundan müdafiə sistemi;
- 105 mm-lik URAN özüyeriyən haubitsası;
- PİRANA kamikadze insansız dəniz aparatı;
- Müasir MMT-76 pulemyotu;
- MPT-76 və MPT-55 milli piyada tüfəngləri;
- MK seriyalı aviasiya bombaları;
- 105 mm və 155 mm-lik artilleriya sursatları.




