MKE müxtəlif hərbi məhsulları müştərilərə təhvil verib

MKE müxtəlif hərbi məhsulları müştərilərə təhvil verib

Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti müxtəlif hərbi məhsulları məhsulları müştərilərə çatdırıb.

MKE-dən “Poliqon”a verilən məlumata görə, bununla şirkət başda Türkiyə Silahlı Qüvvələri olmaqla, beynəlxalq tərəfdaşlarına yüksək keyfiyyətli və effektiv məhsullar təqdim edərək sektora və ölkəyə töhfə verir.

Son bir həftə ərzində MKE tərəfindən müştərilərə aşağıdakı məhsullar çatdırılıb:

  • Türkiyə Quru Qoşunları Komandanlığına: 20 mm-lik sursat, əl qumbarası və tapa.
  • Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığı: MK82 aviasiya bombası.
  • BMC şirkətinə: “Fırtına” özüyeriyən artilleriya qurğuları üçün avadanlıqlar.
CATEGORIES