
MKE müxtəlif kalibrli sursatları müştəriyə çatdırıb
“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən müxtəlif say və kalibrlərdə olan məhsullar Türkiyə Quru Qoşunlarına təhvil verilib.
MKE-dən “Poliqon”a verilən məlumata görə, bununla şirkət başda Türkiyə Silahlı Qüvvələri olmaqla, beynəlxalq tərəfdaşlarına yüksək keyfiyyətli və effektiv məhsullar təqdim edərək sektora və ölkəyə töhfə verməyə davam edir.
Türkiyə Quru Qoşunlarına çatdırılan məhsullar arasında aşağıdakılar yer alır:
- 120 mm-lik minaatan mərmisi;
- 25 mm-lik zireh dələn sursat;
- 20 mm-lik sursat;
- 62 mm-lik və 5.56 mm-lik patronlar.
TAGS Manşet






