MKE şirkəti dəniz topunun quruda ilk atış sınağını keçirib – VİDEO

MKE şirkəti dəniz topunun quruda ilk atış sınağını keçirib – VİDEO

Türkiyənin “Makina və Kimya Sənayesi” (MKE) şirkəti tərəfindən hazırlanmış tam ölçülü 76 mm çaplı gəmi artilleriya qurğusunu quruda ilk atış sınağı keçirilib.

Bu barədə “Poliqon”a MKE şirkətindən məlumat verilib.

İlk dəfə 17-20 avqust tarixlərində IDEF-2021 sərgisində nümayiş etdirilən 76/62 dəniz topunun yaxın müddətdə atış sınaqları fəaliyyətlərinə başlanılması planlaşdırılmışdı (həmçinin bax).

Sursat təchizatı sistemi ilə avtomatik doldurularaq gəminin içindən idarə oluna bilən topun hündürlük dəyərləri, rəqəmsal idarəetmə ekranları sayəsində anbaan izlənilə bilər.

76 mm çaplı gəmi artilleriya qurğusu hava, quru və dəniz hədəflərinə qarşı təsirlidir. Yeni 76/62 dəniz topunun atış məsafəsi 16 km-dir. Top 5 fərqli atış rejimi ilə dəqiqədə 10, 20, 40, 60 və 80 atəş açmaq qabiliyyətinə malikdir. Beləliklə, maksimal atış tempi dəqiqədə 80 atəş təşkil edir.

Lülənin çapı 76 mm, uzunluğu isə 4700 mm-dir. Lülə su ilə soyutma sisteminə malikdir. Silah sisteminin kütləsi döyüş sursatı olmadan 7500 kq və döyüş sursatı ilə birlikdə 8500 kq civarındadır. Sistem 70 dəst atəş yığımı tutan fırlanan konveyerə malikdir.

MKE-nin 76 mm çaplı dəniz topunun MİLGEM kimi platformalarda istifadə edilməsi planlaşdırılıb. Bununla, Türkiyə dəniz topu istehsal edə bilən dünyanın 8-ci ölkəsi olacaq.

MRS6144

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS