
Türkiyə müdafiə sənayesinin aparıcı şirkətlərindən olan MKE ölkənin hərbi və təhlükəsizlik qurumlarının ehtiyaclarının yerli istehsal hesabına qarşılanması istiqamətində fəaliyyətini davam etdirir.
MKE-dən “Poliqon”a verilən məlumata görə, şirkət son bir həftə ərzində müxtəlif sayda və çapda hərbi məhsulların yerli müştərilərə çatdırılmasını həyata keçirib.
Şirkət tərəfindən Türkiyə Quru Qoşunları Komandanlığına 155 mm-lik döyüş sursatı üçün fitil və 81 mm-lik minaatan mərmisi, Milli Müdafiə Nazirliyinin Hərbi Zavodlar Baş İdarəsinə ONUR alışdırıcı qurğusu üçün buster, Jandarma Baş Komandanlığına “JMK Bora-12” snayper tüfənginin ehtiyat hissələri tədarük edilib.
Bununla yanaşı, Türkiyə Sahil Mühafizəsi Komandanlığına 5,56 mm və 9 mm-lik patronların tədarükü də uğurla həyata keçirilib.





