QuruXəbərlər

MKE Türkiyə və Litvadakı sifarişçilərinə hərbi təyinatlı məhsullar tədarük edib

MKE şirkəti son bir həftə ərzində yerli və xarici sifarişçilərə müxtəlif təyinatlı hərbi məhsullar tədarük edib.

MKE-dən “Poliqon”a verilən məlumata görə, şirkət tərəfindən Türkiyə Quru Qoşunları Komandanlığına MPT-76-MH avtomatları, 120 mm-lik minaatan üçün fuqas mərmiləri, 155 mm-lik beton dağıdan artilleriya mərmiləri üçün alışdırıcılar və 2,75 düymlük raket mühərrikləri çatdırılıb.

Bundan əlavə, Hərbi Zavodlar Baş İdarəsinə ehtiyat hissələr, tərəfdaşlara isə 35 mm-lik “Gökdeniz” silah sisteminin texniki xidməti və təmiri üçün avadanlıqlar təhvil verilib.

Xarici sifarişlər çərçivəsində Litvaya minalanmış ərazilərdə keçid açmaq üçün nəzərdə tutulan “Alpay-I” sistemi də uğurla çatdırılıb.

120 MM HAVAN TAHRIP
7730C6BC-FE3D-484B-9B37-3A9C8B7CF3ED
MPT 76 MH
7730C6BC-FE3D-484B-9B37-3A9C8B7CF3ED
155 mm
7730C6BC-FE3D-484B-9B37-3A9C8B7CF3ED

MKE ALPAY 2

Back to top button