SərgilərXəbərlər

MKE və MİRAS zirehli texnikaların modernizasiyasına dair memorandum imzalayıb

SAHA 2026 sərgisində Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti ilə Azərbaycanın “MİRAS Hərbi-Sənaye Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında zirehli texnikaların modernizasiyasına dair Anlaşma Memorandumu imzalanıb.

“Poliqon” xəbər verir ki, sənədə MKE-nin baş direktoru İlhami Keleş və MİRAS-ın baş direktoru Xanbaba Sultanlı imza atıb.

İmza mərasimində çıxış edən MKE-nin baş direktoru İ.Keleş, bu memorandumun iki ölkə üçün əhəmiyyətini diqqətə çatdırıb: “Azərbaycan “bir millət, iki dövlət” şüarı altında yaxınlaşdığımız və əməkdaşlıq etdiyimiz bir ölkədir. Biz Azərbaycanda “Makine Kimya Azerbaycan”nı (MKA) şirkətini qurduq. Hazırda orada Azərbaycan müdafiə sənayesi üçün sursat zavodu inşa edirik. İndi isə MİRAS ilə bağlayacağımız bu müqavilə çərçivəsində həm BMP-1-lərin modernləşdirilməsi, həm də TOLGA qüllələrinin BMP-1-lərə inteqrasiyası ilə bağlı birgə istehsal həyata keçirməyi hədəfləyirik”.

Qeyd edək ki, Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq son illərdə dinamik şəkildə inkişaf edir və bu kimi razılaşmalar iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edir.

a06052c040dff2681ce0be05cacac739

 

Back to top button