
MKE və “N7 Holding” şirkətləri istehsalat sahəsində əməkdaşlıq edəcək
IDEX-2025 sərgisi çərçivəsində Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti Macarıstanın “N7 Holding” dövlət şirkəti ilə anlaşma memorandumu imzalayıb.
“Poliqon” MKE-yə istinadən xəbər verir ki, memorandum istehsalat sahəsində birgə əməkdaşlığın göstərilməsini əhatə edir.
“Güclü texnologiya və istehsal infrastrukturumuzla dost və qardaş ölkələrlə əməkdaşlığı inkişaf etdirmək üçün səylərimizi davam etdiririk”, – deyə MKE şirkəti tərəfindən qeyd olunub.