
Türkiyənin MKE şirkəti son bir həftə ərzində yerli müştərilərə müxtəlif təyinatlı hərbi məhsulların tədarükünü həyata keçirib.
MKE-dən “Poliqon”a verilən məlumata görə, sözügedən müddətdə Türkiyə Milli Müdafiə Nazirliyinin Hərbi Zavodlar Baş İdarəsinə ONUR alışdırıcı qurğusu üçün busterlər, Jandarma Baş Komandanlığına isə 120 mm-lik minaatan mərmiləri uğurla təhvil verilib.
Bildirilib ki, MKE Türkiyə Silahlı Qüvvələri başda olmaqla, beynəlxalq tərəfdaşlarına yüksək səmərəli və yerli məhsullar təqdim etməklə müdafiə sənayesinin və ölkə iqtisadiyyatının inkişafına töhfə verməyə davam edir.




