MKE yerli və xarici müştərilərə hərbi məhsullar çatdırıb

MKE yerli və xarici müştərilərə hərbi məhsullar çatdırıb

“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti başda Türkiyə Silahlı Qüvvələri olmaqla, beynəlxalq tərəfdaşlarını yüksək keyfiyyətli və effektiv müdafiə məhsulları ilə təmin edərək sektorun və ölkənin müdafiə sənayesinə töhfə verməyə davam edir.

MKE-dən “Poliqon”a verilən məlumata görə, son bir həftə ərzində şirkət tərəfindən yerli və xarici müştərilərə müxtəlif sayda və kalibrlərdə hərbi məhsulların çatdırılması həyata keçirilib.

Belə ki, Türkiyə Quru Qoşunları Komandanlığına 60 mm-lik minaatan sursatı və 25 mm-lik sursat təhvil verilib. Nigeriyaya 20 mm-lik sursat ixrac olunub. ABŞ-a isə AP5P tapança-pulemyotu, AP-53 və AP-51 yarımavtomatik silahları çatdırılıb.

CATEGORIES
TAGS