MKEK-in “Boran” topu Türkiyə Ordusunun silahlanmasına verilib

MKEK-in “Boran” topu Türkiyə Ordusunun silahlanmasına verilib

Makina və Kimya Sənayesi Təşkilatı (MKEK) tərəfindən hazırlanmış 105 mm çaplı “Boran” topu Türkiyə Silahlı Qüvvələrinin inventarına qəbul edilib.

“Poliqon” xəbər verir ki, bu barədə MKEK şirkətinin yaydığı məlumatda bildirilib.

“Boran” topu “Çinok”, Mi-26 və Mi-17 tipli helkiopterin asmasında havada daşına və keçilməz ərazilərdə istifadə oluna bilir. Topun Türkiyə Silahlı Qüvvələri ilə yanaşı xaricə ixracına dair danışıqlar gedir.

Qeyd edək ki, “Boran” topu ASELSAN şirkətinin istehsalı olan atış kontrol sistemi ilə yanaşı lülənin ağız hissəsində mərminin sürətini ölçən cihazla komplektləşdirilib.

 

CATEGORIES
TAGS