MN: Azərbaycan əsgəri bədbəxt hadisə nəticəsində həlak olub

MN: Azərbaycan əsgəri bədbəxt hadisə nəticəsində həlak olub

Bəzi KİV-də və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində Azərbaycanın hərbi qulluqçusunun şəhid olması ilə bağlı qeyri-dəqiq məlumat yayılıb.

“Poliqon”  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesablarında bildirib.

“Əsgər Həziyev Çingiz Ramin oğlu xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub. İlkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub. Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin təfərrüatlarını açıqlamır. Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bəzi KİV-lər həqiqəti kobud şəkildə təhrif edərək ictimaiyyəti çaşdırır və bununla da düşmənin maraqlarına xidmət etmiş olur. Bir daha dəqiqləşdirilməmiş məlumatların yayılmasının yolverilməzliyini diqqətə çatdırırıq”, – deyə Müdafiə Nazirliyi bildirib.

Poliqon.az

CATEGORIES
TAGS