Xəbərlər

MN: Bütün hərbi hissələrdə döyüş hazırlığı məşğələləri başlayıb

2021-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yay tədris dövrü başlayıb. Tədris dövrü üçün əsas məqsəd və vəzifələr, eləcə də onların icra qaydaları hərbi hissələrdə keçirilən tədbirlərdə diqqətə çatdırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata əsasən, Azərbaycan ordusunda tədris prosesi Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə quruda, dənizdə, havada real təhdid və risklər, o cümlədən Vətən müharibəsində qazanılmış döyüş təcrübəsi nəzərə alınmaqla keçiriləcəkdir.

“Yay tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazasının vəziyyəti yoxlanılıb.

Tədris dövrünün ilk günlərində bütün hərbi hissələrdə döyüş hazırlığı məşğələləri başlayıb”, – deyə Nazirlikdən bildirilib. mn1 mn2 mn3

Poliqon.az

Back to top button