MN: Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub

MN: Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub

Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.

tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Orucov Vüsal Xeybalı oğlu şəhid olub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

CATEGORIES