MN: Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil

MN: Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil

Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində guya Azərbaycan Ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil.

“Poliqon” xəbər verir ki, Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesablarında bildirib ki, gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bildirilib ki, qarşı tərəfin guya Azərbaycan bölmələrinin itki verməsi barədə yaydığı məlumat da yalandır.

Poliqon.az

CATEGORIES
TAGS