MN: Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

MN: Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

Yeni xidmətə başlayan gənc əsgərlərin adaptasiya dövründə sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə qabaqlayıcı tədbirlər keçirilir.

“Poliqon” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat paylaşıb.

Bildirilib ki, gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxmasının qarşısını almaq üçün onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.

“İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”, – deyə məlumatda qeyd edilib.

544911713 1204342291721147 6831900899065657907 n

CATEGORIES