MN: Laçın istiqamətində itkin düşmüş hərbçilərimizin axtarışı davam edir

MN: Laçın istiqamətində itkin düşmüş hərbçilərimizin axtarışı davam edir

Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, hərbi qulluqçuların tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal axtarış tədbirlərinə başlanılıb.

Bildirilib ki, axtarış-xilasetmə tədbirlərinin nəticələri barədə əlavə məlumat veriləcək.

Poliqon.az

CATEGORIES
TAGS