MN nümayəndəsi: “Poliqon” jurnalı yaradılanda müəyyən maneə və çətinliklər vardı

MN nümayəndəsi: “Poliqon” jurnalı yaradılanda müəyyən maneə və çətinliklər vardı

“Poliqon” (Azeri Defence”) jurnalı yaradılanda müəyyən maneə və çətinliklər var idi. “Poliqon” jurnalının təsisçi və baş redaktoru olmuş Rəşad Süleymanov çox böyük peşəkarlıqla o maneələri aşaraq Müdafiə Nazirliyi ilə əməkdaşlıq qurmuşdu.

“Poliqon” xəbər verir ki, bu fikirləri Mətbuat Şurasında keçirilən POLİQON jurnalının 10 illik yubiley tədbirində Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Albina Ramazanova deyib.

A.Ramazanova “Poliqon” jurnalının 10 illik yubileyi münasibətilə bütün yaradıcı heyəti təbrik edib: ““Poliqon” jurnalı Azərbaycanın ilk hərbi-texnoloji istiqamətli jurnalıdır. Mən bu jurnalın yaradıcısı Rəşad Süleymanovla hələ 2010-cu illərdə APA informasiya agentliyində işlədiyi vaxtlarda tanış olmuşduq. Allah bizim qardaşımız Rəşada rəhmət etsin və onun balalarının canını sağ etsin”.

A.Ramazanova “Poliqon” jurnalının fəaliyyətindən, ilkin dövrdə qarşılaşdığı çətinliklərdən danışıb.

“Həqiqətən də bəzi tədbir iştirakçıları, hörmətli Umud Mirzəyev çox doğru qeyd elədi. Bu jurnal yaradılanda müəyyən maneə və çətinliklər var idi. Rəşad Süleymanov çox böyük peşəkarlıqla o maneələri aşaraq Müdafiə Nazirliyi ilə yüksək səviyyədə bir əməkdaşlıq qurdu, etimad qazandı və çox səmərəli fəaliyyətimiz baş tutdu”, – deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı A.Ramazanova vurğulayıb.

MRS8652 — копия scaled e1656256114489

Poliqon.az

CATEGORIES
TAGS