MN: Silahlı toqquşmanın baş verməsi və hərbi qulluqçularımızın həlak olması xəbərləri yalandır

MN: Silahlı toqquşmanın baş verməsi və hərbi qulluqçularımızın həlak olması xəbərləri yalandır

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya pilotsuz uçuş aparatlarının istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçularının həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

“Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir.

Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir”, – deyə Müdafiə Nazirliyindən bildirilib.

Poliqon.az

CATEGORIES
TAGS