MN: Yayılan məlumat həqiqətə uyğun deyil
Bəzi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus Ural markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumat həqiqətə uyğun deyil.
Bu barədə Müdafiə Nazirliyi rəsmi “Teleqram” səhifəsində məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir.
CATEGORIES Xəbərlər