Modernləşdirilən Tu-160 təyyarələri Rusiya Ordusuna verilib

Modernləşdirilən Tu-160 təyyarələri Rusiya Ordusuna verilib

Rusiya Müdafiə Nazirliyi 2 ədəd Tu-160 strateji bombardmançı təyyarəni modernləşdirmədən sonra silahlanmaya qəbul edib.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Kazan aviasiya zavodunda təkmilləşdirilən Tu-160 strateji döyüş təyyarəsi Saratov vilayətindəki aviasiya bazasına eniş edib.

Təkmilləşdirilən Tu-160 təyyarələri inersial naviqasiya sistemi, mühərrik idarəetmə sistemi və rəqəmsal texnologiyalardan istifadə edən silah sistemləri ilə dəstləşdirilib.

Qeyd edək ki, Hərbi Kosmik Qüvvələrin invertarında hazırda 16 ədəd Tu-160 strateji döyüş təyyarəsi yer alır. Bu təyyarələrin modernizasiyası ilə yanaşı əlavə 50 ədəd Tu-160M2-nin istehsalı nəzərdə tutulub. Tu-160M2 strateji döyüş təyyarələrinin seriyalı istehsalına 2023-cü ildə başlanacağı planlaşdırılıb.

“Tupolev” şirkətinin istehsalı olan Tu-160 (NATO kod adı Blackjack) səsdən sürətli və dəyişkən quruluşa malikdir. Tu-160 quruluş olaraq Amerikan istehsalı B-1 “Lancer”ə oxşasa da, ondan daha böyük, daha artıq daşıma tutumlu və sürətli hesab olunur.

 

 

CATEGORIES
TAGS