
Modernləşdirilmiş T-64 tanklarının növbəti partiyası Ukrayna Ordusuna təhvil verilib
“Ukroboronprom” Dövlət Konserninə daxil olan Lvov Tank Zavodu tərəfindən əsaslı təmir və modernizasiya edilən T-64 tanklarının növbəti partiyası Ukrayna Müdafiə Nazirliyinə təhvil verilib.
Bu barədə “AzeriDefence”ə “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətindən məlumat verilib.
Lvov Tank Zavodunun rəhbəri Viktor Androjukun sözlərinə görə, əsaslı təmir zamanı müəssisənin mütəxəssisləri tərəfindən tankların taktiki və texniki xüsusiyyətləri yaxşılaşdırılıb. Modernləşdirilmiş T-64 tankları yeni peyk naviqasiya sistemi, rəqəmsal radiostansiya, gecəgörmə cihazı, dinamik mühafizə dəsti və digər sistemlər ilə təchiz edilib.
Məlumatda o da qeyd olunub, Lvov Tank Zavodu həmçinin T-80 tankı,BREM-2 və BTS-4 zirehli texnikalarnın əsaslı təmiri və modernləşdirilməsi üzərində işləyir.