Modernləşdirilən MiQ-31 qırıcıları Rusiya Müdafiə Nazirliyinə çatdırılıb

Modernləşdirilən MiQ-31 qırıcıları Rusiya Müdafiə Nazirliyinə çatdırılıb

“Birləşmiş Aviasiya Korporasiyası” təmir və modernizasiya edilən MiQ-31 qırıcılarını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.

“Poliqon”un “Birləşmiş Aviasiya Korporasiyası”na istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ildə Rusiya Müdafiə Nazirliyinə çatdırılan MiQ-31 qırıcılarının ilk partiyasıdır.

Bildirilib ki, MiQ-31-lər müxtəlif yer və uçuş sınaqlarından keçdikdən sonra daimi bazalarına göndərilib.

Əlavə məlumat üçün qeyd edək ki, Rusiya Hava-Kosmik Qüvvələrinin MiQ-31 qırıcıları “Birləşmiş Aviasiya Korporasiyası”nın Nijni Novqorod Aviasiya Zavodu “Sokol” tərəfindən təmir olunur və modernləşdirilir.

CATEGORIES
TAGS