Modernləşdirilmiş BMP-1 AM PDM-lərinin növbəti partiyası sifarişçiyə çatdırılıb

Modernləşdirilmiş BMP-1 AM PDM-lərinin növbəti partiyası sifarişçiyə çatdırılıb

“Yüksək dəqiqlikli komplekslər” holdinqinin “Rubtsovski” adına maşınqayırma zavodu modernləşdirilmiş BMP-1 AM “Basurmanin” piyada döyüş maşınlarının (PDM) növbəti partiyasını Rusiya Ordusuna təhvil verib.

“Poliqon” “Yüksək dəqiqlikli komplekslər” holdinqinə istinadən xəbər verir ki, modernləşdirmə nəticəsində BMP-1 AM-lərin bütün əsas komponentləri və aqreqatları tamamilə təmir edilib və ya yeniləri ilə əvəzlənib.

Qeyd olunub ki, PDM-lər bütün lazımi sınaqlardan keçdikdən sonra sifarişçiyə göndərilib. Sınaqlarda hər bir piyada döyüş maşını müxtəlif rejimlərdə 30 mm-lik topdan ən azı 70 atəş, pulemyotdan isə ən azı 150 atəş açıb.

CATEGORIES
TAGS