
Modernləşdirilmiş M60T tankları Türkiyə Quru Qoşunlarının inventarına daxil edilib
Türkiyənin Quru Qoşunları Komandanlığı modernləşdirilmiş M60T tanklarını inventarına daxil edib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.
Bundan başqa, “Makine ve Kimya Endüstrisi” şirkəti tərəfindən istehsal edilən müxtəlif çap və sayda silah-sursat da Türkiyə Silahlı Qüvvələrinə çatdırılıb.
Qeyd edək ki, Quru Qoşunlarına məxsus M60T tanklarını ASELSAN şirkəti modernləşdirilir. Şirkət modernləşdirilmiş ilk M60T tankını 2024-cü ilin fevralında Quru Qoşunlarına təhvil verib.
 TAGS  Manşet

