QuruXəbərlər

Modernləşdirilmiş tank və PDM-lər Avstriya Ordusuna təhvil verilib

Modernləşdirilmiş “Leopard 2A4” tankları və “Ulan” piyada döyüş maşınları (PDM) Avstriya Ordusuna təhvil verilib.

“Poliqon” Avstriya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı Qrosmittel şəhərində ölkənin müdafiə naziri Klaudia Tannerin iştirak ilə tədbir keçirilib.

Modernləşdirmə işləri Avstriyanın mexanikləşdirilmiş qüvvələrinin döyüş qabiliyyətinin artırılması və zirehli qoşunların qarşıdakı illərin tələblərinə uyğunlaşdırılması məqsədi daşıyır. Proqram “ÖBH 2032+ İnkişaf Planı” çərçivəsində həyata keçirilir.

Avstriya Ordusuna məxsus “Leopard 2A4” tanklarının modernləşdirilməsi 2023-cü ildə başlayıb. İşlər çərçivəsində köhnəlmiş komponentlər yenilənir, tankların gecə döyüşü qabiliyyəti bərpa olunur və qüllənin hidravlik sistemi elektrik ötürücüsü ilə əvəz edilir.

“Ulan” PDM-ləri də genişmiqyaslı modernləşdirmədən keçirilir. Maşınların optik və elektron komponentləri yenilənir, elektrik sistemi təmir edilir, həmçinin yürüş hissəsinin ayrı-ayrı elementləri dəyişdirilir.

Back to top button