Monteneqro İsraildən minaatan sistemləri alır

Monteneqro İsraildən minaatan sistemləri alır

İsrailin “Elbit Systems” şirkəti Monteneqro Silahlı Qüvvələrinə minaatan sistemləri və təlim avadanlıqları tədarük edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda adı çəkilən sistemlərin tədarükü üçün İsrail və Monteneqro Müdafiə nazirlikləri arasında 20 milyon avro dəyərində satınalma müqaviləsinin imzalandığı bildirilib.

Qeyd olunub ki, satınalma istehsalçı ilə birbaşa müqavilə əsasında deyil, hökumətlərarası G2G (Government to Government – Hökumətdən Hökumətə) razılaşma yolu ilə həyata keçirilir.

Poliqon.az

CATEGORIES
TAGS