“Mossberg” şirkəti yeni “940 Pro Tactical” tüfəngini nümayiş etdirib

“Mossberg” şirkəti yeni “940 Pro Tactical” tüfəngini nümayiş etdirib

ABŞ-ın “Mossberg” şirkəti “940 Pro” ailəsinə aid tüfəngin yeni modelini nümayiş etdirib.

“Poliqon” “Mossberg” şirkətinin mətbuat xidməti istinadən xəbər verir ki, “Mossberg 940 Pro Tactical” qazötürücü mexanizmli və kollimator nişangahı üçün standart bərkitmə yeri olan yarıavtomatik 12 çaplı tüfəngdir.

Yeni tüfəngin patron tutumu 7+1+1 (7 ədəd patron lüləaltı boruvari maqazində və hərəsində 1 ədəd patron olmaqla lülələrdə) şəklindədir.

“940 Pro Tactical” tüfəngi boğma (çox istifadə) imkanına malik 18,5 düymlük (47 sm) hamar lüləyə malikdir. Tüfəngin ümumi uzunluğu 38 düymdür (95 sm-dir). Əlcəklərlə istifadəni asanlaşdırmaq üçün idarəetmə əl dəstəyinin və çaxmağın kilidinin ölçüləri böyüdülüb.

“940 Pro Tactical” tüfəngi həmçinin “Mossberg” idman tüfənginə bənzər böyüdülmüş doldurma yuvasına (portuna) malikdir. Tüfəngin quruluşuna həm də gilizləri ikiqat ötürmə zamanı “dişlənmənin” qarşısını alan təkmilləşdirilmiş qaldırıcı daxildir.

Eyni zamanda, “940 Pro Tactical tüfəngi” 1500 atışa qədər təmizləmə intervalları ilə həm funksionallığı, həm də texniki xidmətin asanlığını yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş yenilənmiş qazötürmə sisteminə malikdir.

Digər təkmilləşdirmələrə isə fənərləri və lazer nişangahları bərkitmək üçün lülədə ön M-LOK yuvaları aiddir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS