
MPT-76-MH avtomatının kalifikasiya sınaqları tamamlanıb
Türkiyənin Makina və Kimya Sənayesi Qurumu (MKEK) tərəfindən təkmilləşdirilmiş MPT-76-MH avtomatının kalifikasiya sınaqları başa çatıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (SSB) sədri İsmail Dəmir özünün rəsmi “Twitter” səhifəsində bildirib.
Təkmilləşdirilən MPT-76 avtomatının çəkisi 500 qram azaldılaraq 3750 qram təşkil edib. Bundan əlavə, avtomat 5 mərhələli həssas tənzimlənən qundaq ilə təchiz edilib. Qısa gedişli qaz piston sistemi avtomata asan təmizlənmə-qulluq imkanları qazandırıb.
CATEGORIES Xəbərlər