
MPUGV pilotsuz yerüstü nəqliyyat vasitələrinin sınaqları keçirilir
Cari ilin sonu, növbəti ilin əvvəllərində Cənubi Koreya ordusunu pilotsuz döyüş maşınları ilə təchiz etməyi qərar verib.
“Poliqon” xəbər verir ki, bu barədə “Janes” portalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, “Hyundai Rotem” şirkəti çoxməqsədli nəqliyyat vasitələrinin iki sınaq nümunəsini Koreya Respublikası Silahlı Qüvvələrinə təhvil verib.
Müvəqqəti olaraq “Pilotsuz Yerüstü Çoxməqsədli Maşın” (Multi-Purpose Unmanned Ground Vehicle – MPUGV) adlanan pilotsuz nəqliyyat vasitələri, “HR-Sherpa” prototipinə əsaslanır. Altı təkərli zirehli platformalar atıcı silahlı döyüş modulu ilə təchiz edilmişdir və döyüşlə kəşfiyyat üçün istifadə edilə bilər.
Yeni döyüş vasitələrinin sınaqları altı ay davam edəcək, bundan sonra Koreya Respublikasının Müdafiə Nazirliyi onların gələcək satınalınmasına dair qərar verəcəkdir. MPUGV vasitəsinin qoşunlarda yerinə yetirəcəyi tapşırıqların sahəsi çox genişdir. Maşınlar kəşfiyyat aparmaq, düşmənin canlı qüvvəsini məhv etmək, 200 kq-a qədər yük daşımaq və yaralıları təxliyyə etmək kimi tapşırıqları icra edə bilər.
Qeyd edək ki, MPUGV tamamilə elektrik enerjisi ilə işləyir. Maşının gediş imkanlarını xeyli yaxşılaşdırmaqdan ötrü hər bir kamersiz təkər müstəqil mühərriklə təchiz edilib. Dron uzaqdan idarə oluna bilir, aparıcının ardınca və ya əvvəlcədən təyin olunmuş marşrut üzrə hərəkət edə bilər.
Əhəd Əzizov