MQ-25 PUA havada döyüş təyyarəsini yanacaqla doldurub
“Boeing” şirkəti tərəfindən hazırlanan MQ-25 “Stingray” pilotsuz uçuş aparatı (PUA) havada ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 “Super Hornet” döyüş təyyarəsini yanacaqla doldurub.
“Poliqon” xəbər verir ki, bu barədə “Boeing” şirkəti məlumat yayıb.
Məlumatda keçirilən sınaq uçuşları zamanı yanacaq doldurma əməliyyatının alınması üçün döyüş təyyarəsinin MQ-25 PUA-ya 20 ft (6,1 metr) məsafəyə qədər yaxınlaşdığı və tapşırığın uğurla icra olunduğu bildirilib.
Qeyd edilib ki, keçirilən sınaqlarda MQ-25 PUA-nın T1 test nümunəsidən istifadə olunub. ABŞ Ordusu ilə “Boeing” arasında 2018-ci ildə imzalanan müqavilə çərçivəsində Silahlı Qüvvələrə sınaq üçün MQ-25 PUA-nın 7 ədəd test nümunəsinin istehsalı nəzərdə tutulub.
CATEGORIES Xəbərlər