MSN ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb

MSN ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri başa çatıb.

Bu barədə “Poliqon”a Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Səfərin sonuncu günü – martın 3-də Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyə Müdafiə Sənayesi Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd müdafiə sənayesi üzrə elm, təhsil və digər sahələri əhatə edir.

Anlaşma Memorandumunu Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov və Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədr müavini Hakan Karataş imzalayıblar.

Tərəflər bildiriblər ki, imzalanan sənəd iki qardaş ölkə arasında müdafiə sənayesi sahəsində mövcud əməkdaşlığın daha da genişlənməsinə, birgə layihələrin həyata keçirilməsinə və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsinə mühüm töhfə verəcək. Qeyd olunub ki, Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri bundan sonra da bütün sahələrdə, o cümlədən müdafiə sənayesi istiqamətində uğurla inkişaf etdiriləcək.

01KJVN0CWZMM3YRVC7DJAP0SH9

CATEGORIES
TAGS