Müdafiə naziri HDQ-də olub

Müdafiə naziri HDQ-də olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak  edəcək komandanın hazırlığını yoxlamaq üçün Hərbi Dəniz Qüvvələrində (HDQ) olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.

Müdafiə naziri müsabiqədə iştirak edəcək heyətin təminat və təchizatı, eləcə də Azərbaycanı təmsil edəcək gəmilərin və şəxsi heyətin hazırlıq səviyyəsini yoxlayıb.

Məruzə edilib ki, avqustun 22-dən İranın Ənzəli şəhərində keçiriləcək müsabiqəyə hərbi dənizçilər 66 nəfərlik heyətlə G-122 və G-124 gözətçi gəmilərində qatılması planlaşdırılır.

Nazir hər zaman müsabiqədə yüksək nəticələr əldə edən hərbi dənizçilərə uğurlar arzulayıb və Azərbaycanı layiqincə təmsil etmələri üçün onlara müvafiq tapşırıqlar verib.

Sonra Müdafiə nazirinə əsaslı təmirdən çıxmış G-121 gözətçi gəmisi təqdim olunub. Qeyd edilib ki, bu gəmi dənizdə düşmən hədəflərinin məhv edilməsi, neft-qaz boru kəmərlərinin mühafizəsi və enerji infrastrukturunun diversiya qruplarından qorunması tapşırıqlarını müvəffəqiyyətlə icra etmə qabiliyyətinə malikdir.

G-121 gözətçi gəmisinə baxış zamanı görülən işləri yüksək qiymətləndirən nazir HDQ hərbi qulluqçularının peşəkarlıq səviyyəsinin daha da artırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Sonda HDQ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

mn1 1 mn2 1 mn3 1 mn4 mn5 mn6 mn7 mn8

Poliqon.az

CATEGORIES
TAGS