Müdafiə naziri revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hər an hazır olmaq barədə müvafiq tapşırıqlar verib

Müdafiə naziri revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hər an hazır olmaq barədə müvafiq tapşırıqlar verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov revanşist qüvvələrin mümkün təxribatlarının qarşısını almağa hər an hazır olmaq barədə müvafiq tapşırıqlar verib.

“Poliqon” xəbər verir ki, müdafiə naziri müvafiq tapşırıqları Müdafiə Nazirliyində keçirilən xidməti müşavirə zamanı verib.

General-polkovnik Zakir Həsənov Ali Baş Komandanın Kəlbəcər rayonunda hərbi hissənin açılışında çıxışı zamanı Azərbaycan Ordusunu bir daha yüksək qiymətləndirdiyini  vurğulayaraq qarşıya qoyulan yeni vəzifələri layiqincə yerinə yetirmək, Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək və sərhədləri qorumaq istiqamətində Azərbaycan Ordusunun üzərinə düşən bütün vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gələcəyinə əminliyini ifadə edib.

Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib, bölmələrin maddi-texniki və döyüş təminatının gücləndirilməsi, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətin sayıqlığının artırılması barədə konkret tapşırıqlar verilib.

Poliqon.az

CATEGORIES
TAGS